Rusiya prezidenti Vladimir Putin Mahaçqala hava limanında iğtişaşların təşkilində “xarici fiqurların” əli olduğunu deyib.
Modern.az "Kommersant"a istinadən xəbər verir ki, Putin "okeanın o tayındakıları" günahlandırıb.
Onun sözlərinə görə, bu işə “qanun çərçivəsində” cavab vermək lazımdır.
"Xaricdəki fiqurların mövqeyi təəccüblüdür - onlar İsraili dəstəkləyirlər, amma burada yəhudi qırğınlarını təşkil etməyə çalışırlar, bu, sadəcə olaraq iyrəncdir", -Putin iddia edib.