Modern.az

Azərbaycan və Ermənistana şərait yaratmaq istəyirik - Alman nazir 

Azərbaycan və Ermənistana şərait yaratmaq istəyirik - Alman nazir 

Dünya

3 Noyabr 2023, 18:30

Almaniya Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır.

 

Modern.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok Ararat Mirzoyanla mətbuat konfransında deyib.

 

O bildirib ki, rəsmi Berlin ərazi bütövlüyünü sülhün bərqərar edilməsinə yönəlmiş bütün danışıqlar üçün əsas hesab edir.

 

“Biz Ermənistan və Azərbaycan arasında münasibətlərdə sabitlik və təhlükəsizliyin bərqərar olması, danışıqların davam etdirilməsi üçün şərait yaratmaq istəyirik”, - nazir vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək