Modern.az

Zelenski onu komandan təyin etdi

Zelenski onu komandan təyin etdi

Dünya

3 Noyabr 2023, 19:38

Ukrayna prezidenti Volodimir Zelenski Sergey Lupançukun Xüsusi Əməliyyat Qüvvələrinin komandanı təyin edilməsi haqqında fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, sənəd Ukrayna prezidentinin ofisinin saytında dərc olunub.

 

Zelenski başqa bir fərmanla Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Viktor Xorenkonu tutduğu vəzifədən uzaqlaşdırıb. O, bu vəzifəni 25 iyul 2022-ci ildən icra edib.

 

Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələri 2016-cı ildən mövcuddur. Bölmə antiterror əməliyyatlarında iştirak edir, kəşfiyyat axtarışları aparır, həmçinin digər ölkələrin hərbçiləri və polislərini hazırlayır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı