ABŞ Ukraynaya NASAMS zenit-raket kompleksi və HIMARS raket sistemləri üçün mərmilər də daxil olmaqla 125 milyon dollar dəyərində silah göndərəcək.
Modern.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) proqramı çərçivəsində daha 300 milyon dollar ayrılır.
125 milyon dollarlıq paketə daxildir:
- "Javelin " tank əleyhinə sistemlər;
- 155 mm və 105 mm artilleriya mərmiləri;
- 3 milyondan çox patron və qumbara;
- Mühəndis sursatları;
- Piyada əleyhinə minalar;
- 12 yük maşını;
- İzolyasiya edilmiş paltar.