Modern.az

İsrail Qəzzada humanitar dəhliz AÇIR

İsrail Qəzzada humanitar dəhliz AÇIR

Dünya

5 Noyabr 2023, 09:28

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının şimalından cənuba dinc sakinləri təxliyə etmək üçün humanitar dəhliz açacaq.

 

Modern.az “Jerusalem Post” qəzetinə istinadən xəbər verir ki, ordu sözçüsü Aviçai Adrai bildirib ki, dəhliz 4 saat (Bakı vaxtı ilə saat 12:00-dan 16:00-a qədər) açıq olacaq.

 

Bu arada İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü, briqada generalı Daniel Haqari ölkənin şimal sərhədinin müdafiə və hücum üçün yaxşı hazırlandığını bildirib.

 

“Bizə hücumların ediləcəyi dəqiq yerə zərbə endirəcəyik. Biz dərhal reaksiya verməyə və zərbə vurmağa davam edəcəyik. Şimalda həm hücumda, həm də müdafiədə yaxşı hazırlaşmışıq”, - Haqari deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhədimizdə yeni gərginlik - Müharibə hazırlığı başladı