Modern.az

Bayden altı yaşlı uşaq ağılındadır - Tramp

Bayden altı yaşlı uşaq ağılındadır - Tramp

Dünya

5 Noyabr 2023, 09:53

Co Bayden altı yaşlı uşaq ağılındadır.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp Floridada tərəfdarları ilə görüşü zamanı bildirib.

 

Siyasətçinin sözlərinə görə, dünya Baydenə gülür: “Mən Baydenin bu yaşında ondan daha ağıllı olan altı yaşlı uşaqlarla rastlaşmışam”.

 

Siyasətçi Co Baydeni korrupsioner və səriştəsiz adlandırıb. Keçmiş prezident deyib ki, Çin və Rusiya rəhbərliyi ABŞ-nin başına gələnlərə inana bilmir.

 

“Ölkəmizə, prezidentimizə hörmət edirdilər, ona görə də biz təhlükəsiz idik. Çin bizimlə uşaq kimi danışır”, - deyə Tramp narazılığını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək