Modern.az

HAMAS liderini məhv edəcəyik! - İsrail müdafiə naziri 

HAMAS liderini məhv edəcəyik! - İsrail müdafiə naziri 

Dünya

5 Noyabr 2023, 11:13

İsrail Qəzza zolağında HAMAS hərəkatının rəhbəri Yəhya Sinvarı tapıb yox edəcək.

 

Modern.az-ın “RİA Novosti“yə istinadən verdiyi xəbərə görə, bunu İsrailin müdafiə naziri Yoav Qalant mətbuat konfransı zamanı deyib.

 

“Sinvara çatacağıq və onu məhv edəcəyik. Müharibədən sonra Qəzzada daha HAMAS olmayacaq və Qəzza zolağından İsrailin təhlükəsizliyinə heç bir təhdid olmayacaq”, - deyə nazir bildirib.

 

Noyabrın 4-də Qalant İsrail ordusunun Qəzza zolağında HAMAS radikallarına qarşı hücumunun “sistemli” olduğunu və plana uyğun olaraq irəlilədiyini bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!