Modern.az

İsrail ordusu Qəzza zolağında irəliləyib

İsrail ordusu Qəzza zolağında irəliləyib

Dünya

5 Noyabr 2023, 22:33

İsrail ordusunun 36-cı diviziyası Qəzza zolağının şimalına hücum edib və anklavın sahilləri boyunca irəliləyib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

 

İsrail ordusu diviziyanın vəzifəsinin Qəzza şəhərində HƏMAS hərəkatının qüvvələrini mühasirəyə almaq olduğunu bildirib.

 

“Qəzzada gedən döyüşlər zamanı 36-cı diviziya HƏMAS-a məxsus hədəflərə 1600-dən çox zərbə endirib. Bu hədəflərə təşkilatın infrastrukturu, silah anbarları, tank əleyhinə raket buraxılışları və müşahidə məntəqələri, həmçinin HƏMAS yaraqlıları daxildir”, - deyə məlumatda qeyd olunur.

 

Məlumata görə, 36-cı diviziyanın döyüşçüləri HƏMAS-la müharibə başlayandan bəri hərəkatın 300-dən çox döyüşçünü öldürüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək