Modern.az

Ukrayna ordusu döyüş strategiyasını DƏYİŞİR

Ukrayna ordusu döyüş strategiyasını DƏYİŞİR

Dünya

5 Noyabr 2023, 23:12

Ukrayna Rusiya ordusuna qarşı döyüş əməliyyatlarının aparılması strategiyasını dəyişməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski NBC telekanalına müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, bu dəyişiklik Ukrayna Silahlı Qüvvələrinə döyüş meydanında lazımi üstünlük verəcək.

 

“Hərbçilər daha sürətli irəliləmək və gözlənilmədən zərbə endirmək üçün müxtəlif planlar, fərqli əməliyyatlar hazırlayır”, - deyə Zelenski vurğulayıb.

 

Ukrayna Prezidenti Silahlı Qüvvələrin yaxın planları haqqında daha ətraflı danışmaqdan imtina edib, yalnız qeyd edib ki, hərbi komandanlığın bütün aparıcı nümayəndələri indi döyüş meydanında yeni əməliyyatlar planlaşdırırlar.

 

Zelenski, həmçinin vurğulayıb ki, o, Ukrayna ordusunun hərbi əməliyyatlarının “dalana dirəndiyinə” inanmır, çünki Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri silahlı münaqişənin “ilk günlərində olduğu kimi” hələ də Rusiya ordusu ilə döyüşməyə hazırdır.

 

Ukrayna lideri yaxın gələcəkdə Rusiya rəhbərliyi ilə birbaşa danışıqların aparılması imkanını rədd edib, o hesab edir ki, “dinc yolla nizamlanma prosesinə başlamaq perspektivi yoxdur”.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək