Modern.az

Rusiya diqqətin Ukraynadan Yaxın Şərqə yönəlməsini istəyir - Zelenski

Rusiya diqqətin Ukraynadan Yaxın Şərqə yönəlməsini istəyir - Zelenski

Dünya

6 Noyabr 2023, 11:18

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Rusiya HƏMAS və İsrail arasında müharibənin diqqəti Ukraynadan yayındırmasını istəyir.

 

Modern.az "Bild"ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Aİ Komissiyasının sədri Ursula fon der Leyenin Kiyevə səfəri zamanı bu barədə danışıb.

 

O qeyd edib ki, Yaxın Şərqdəki müharibə diqqət mərkəzindədir. Zelenskinin sözlərinə görə, bu, Rusiyanın məqsədlərindən biridir.

 

"Onlar başa düşürdülər ki, diqqət Ukraynadan yönələcək", - dövlət başçısı bildirib.

 

Bununla belə, Zelenski Ukraynanın bu çətinliyin öhdəsindən gələcəyinə əmindir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...