Modern.az

Avstraliya Rusiyaya qarşı sanksiya siyahısını yeniləyib

Avstraliya Rusiyaya qarşı sanksiya siyahısını yeniləyib

Dünya

6 Noyabr 2023, 13:26

Avstraliya Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib və Ukraynada gedən döyüşlərə görə bu ölkəyə bir sıra malların tədarükünə qadağa qoyub.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, siyahıya alətlər, elektrik maşınları və səsyazma cihazları üçün ehtiyat hissələri daxildir.

 

Rusiyaya çatdırılması qadağan edilən malların siyahısına nüvə reaktorları və onların hissələri, qazanlar, maşın və mexaniki avadanlıqlar da daxildir. Məhdudiyyətlər oktyabrın 26-da qüvvəyə minib.

 

Xarici işlər naziri Penni Voqanın Avstraliya hökumətinin saytında dərc edilmiş əmrinə əsasən, Rusiyaya mexaniki ötürücülü və ya mexaniki ötürücüsüz istənilən alətlərin, həmçinin presləmə, ştamplama, deşiklər vurmaq üçün nəzərdə tutulmuş maşınların hissələrinin və ehtiyat hissələrinin ixracı qadağandır.

 

Qadağaya elektrik maşınları və onların ehtiyat hissələri, səsyazma cihazları, səsgücləndiricilər və dinamiklər, həmçinin televiziya görüntülərini və səsini yazan qurğular da daxildir.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək