Modern.az

NATO Asiyaya daxil olmağa çalışır - PUTİN

NATO Asiyaya daxil olmağa çalışır - PUTİN

Dünya

8 Noyabr 2023, 19:45

NATO öz coğrafi miqyasını genişləndirməyə və Asiyaya daxil olmağa çalışır.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini Çjan Yuxia ilə görüşdə bildirib.

 

O deyib ki, ABŞ Asiya-Sakit okean regionunda gərgin vəziyyət yaradır.

 

“Biz bəzi ölkələrin təsir zonasını genişləndirmək cəhdlərini görürük və Şimali Atlantika Alyansı, qəribə də olsa, öz doktrinal sənədlərini pozaraq, fəaliyyətinin coğrafi hüdudlarından kənara çıxmağa cəhd edir”, - deyə Putin qeyd edib.

 

Rusiya liderinin sözlərinə görə, ABŞ NATO ölkələrini Asiya-Sakit okean regionunda “gərgin vəziyyət yaratmağa” sürükləyir və yeni hərbi-siyasi ittifaqlar yaradır. O vurğulayıb ki, Rusiya və Çin müdafiə qabiliyyətinin gücləndirilməsi və birgə təlimlər vasitəsilə bu cür hərəkətlərə “sakitliklə” cavab vermək üçün birlikdə çalışır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək