Modern.az

Qəzzada atəşkəs olacaq?

Qəzzada atəşkəs olacaq?

Dünya

8 Noyabr 2023, 20:13

Qəzza zolağında humanitar atəşkəsə dair razılaşma yaxın vaxtlarda əldə oluna bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Misir təhlükəsizlik xidmətindəki mənbəyə istinadən “Asharq” telekanalı məlumat yayıb.

 

Bildirilib ki, İsrail hakimiyyəti radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların bir qisminin azad edilməsi müqabilində hərbi əməliyyatların müvəqqəti dayandırılmasına razılıq verib.

 

Humanitar fasilə zamanı anklavdakı sakinlərə yardımların çatdırılması da nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək