Modern.az

HƏMAS Qəzzanın şimalına nəzarəti itirib 

HƏMAS Qəzzanın şimalına nəzarəti itirib 

Dünya

8 Noyabr 2023, 23:55

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari HƏMAS hərəkatının Qəzza zolağının şimalına nəzarəti itirdiyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri yazıb.

 

Onun sözlərinə görə, noyabrın 8-də anklavın 50 minə yaxın sakini humanitar dəhliz vasitəsilə cənuba təxliyə edilib.

 

"Biz Qəzza şəhərinə hücumu dərinləşdirməyə və mülki obyektlərə bitişik tunelləri bağlamağa davam edirik", - sözçü vuğulayıb.

 

Haqari qeyd edib ki, atəşkəs üçün heç bir plan yoxdur, lakin İsrail ordusu mülki əhalinin təxliyəsi üçün “humanitar fasilələr” tətbiq edir.

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı