Modern.az

Gürcülər rusların bu hərəkətindən narazıdırlar - Prezident

Gürcülər rusların bu hərəkətindən narazıdırlar - Prezident

Dünya

13 Noyabr 2023, 18:16

Ukraynada müharibənin başlamasından sonra Gürcüstanda 100 minə yaxın rus məskunlaşıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fransada işgüzar səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili "Radio France International"a müsahibəsində bildirib.

 

O deyib ki, ruslar ölkədəki “iş görmək asanlığından” istifadə edərək “iqtisadi həyatda fəal iştirak edirlər".

 

“Gürcüstanda 24 saat ərzində şirkət yarada bilərsiniz. Onlar (Rusiya Federasiyasının vətəndaşları - red.) kiçik fərdi müəssisələr açır”, - dövlət başçısı qeyd edib.

 

Onun sözlərinə görə, ölkə əhalisi rusların “Gürcüstan mədəniyyətinə inteqrasiyaya maraq göstərməməsindən” narahatdır.

 

Salome Zurabişvili bildirib ki, Gürcüstanda məskunlaşan ruslar “özlərini evlərindəki kimi aparırlar”. Prezident Rusiya vətəndaşlarının Gürcüstana gəlməsinə çox nəzarət olunmamasından narahatlığını ifadə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək