Modern.az

61 illik maşını 51 milyon dollara satdılar

61 illik maşını 51 milyon dollara satdılar

Dünya

14 Noyabr 2023, 08:24

1962-ci il istehsalı olan "Ferrari 250" model yarış avtomobili Nyu-Yorkda keçirilən hərracda 51,7 milyon dollara satılıb.

 

Modern.az xəbər verir ki, o, tarixdə hərracda satılan ikinci ən bahalı avtomobil olub.

 

Satılan maşın 1962-ci ildə 24 saat Le Manda yarış keçirib. Onu britaniyalı sürücü Mayk Parkes və "Scuderia Ferrari" komandasının italyan pilotu Lorenzo Bandini idarə edib. 

 

1974-1985-ci illərdə avtomobilin sahibi Amerikada yerləşən "Ferrari Club of America" təşkilatının sədri olub. 

 

Tarixdə hərracda satılan ən bahalı avtomobil "Mercedes 300 SLR Uhlenhaut Coupe" model maşın olub. Avtomobil 2022-ci ildə 135 milyon avroyasatılıb.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək