Modern.az

Qarabağ separatçılarının başçısı Köçəryanla da görüşdü

Qarabağ separatçılarının başçısı Köçəryanla da görüşdü

Dünya

14 Noyabr 2023, 08:36

Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyan bu yaxınlarda Ermənistanın birinci və ikinci prezidentləri Levon Ter-Petrosyan və Robert Köçəryanla görüşüb. 

 

Modern.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.

 

Nəşr qeyd edir ki, ayrı-ayrılıqda baş tutan görüşlər əsasən mərasim xarakteri daşıyıb. Görüşlərdə 19 sentyabra qədər Qarabağda hökm sürən vəziyyət, bir günlük toqquşma (antiterror tədbirləri - red.), Qarabağ ermənilərinin Ermənistana köçü müzakirə olunub.

 

Qeyd edək ki, bundan əvvəl Şahramanyan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanla da görüşüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək