Modern.az

Ərdoğan BMT-dəki Qəzza səsverməsində bitərəf qalan 45 ölkə ilə danışacaq

Ərdoğan BMT-dəki Qəzza səsverməsində bitərəf qalan 45 ölkə ilə danışacaq

Dünya

14 Noyabr 2023, 09:16

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında Yaxın Şərqdə atəşkəs qətnaməsi ilə bağlı səsvermədə bitərəf qalan 45 ölkənin liderləri ilə tezliklə telefon danışığı aparacaq.

 

Modern.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti yazıb.

 

Məlumata görə, Ərdoğan diqqətini Afrika ölkələrinə yönəltmək niyyətindədir. Həmçinin Albaniya, Avstraliya, Bolqarıstan, Ukrayna, Finlandiya, Estoniya ilə danışıqlar planlaşdırılır.

 

Oktyabrın 7-dən İsraillə Fələstin HƏMAS hərəkatı arasında müharibə davam edir. İsrail tərəfdə həyatını itirənlərin sayı 1.4 min, Fələstində isə 11 mindən çox hesab edilir.

 

Türkiyə oktyabrın 27-də BMT Baş Assambleyasında Fələstin-İsrail münaqişəsinə dair qətnamənin qəbulunu dəstəkləyib. Sənəd atəşkəs, humanitar dəhlizin açılması və qəzzalıların əsas ərzaq və xidmətlərə çıxışını nəzərdə tuturdu. BMT Təhlükəsizlik Şurası keçən ay Fələstin-İsrail münaqişəsinə dair 4 qətnamə layihəsinin heç biri ilə bağlı razılığa gəlməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək