Modern.az

İsrailin itkiləri artıb - Son xəbər

İsrailin itkiləri artıb - Son xəbər

Dünya

14 Noyabr 2023, 09:42

Qəzzada quru əməliyyatı başlayandan bəri həlak olan İsrail əsgərlərinin sayı 46-ya çatıb.

Modern.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti İsrail ordusunun məlumatlarına istinadən yazıb.

“İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında HƏMAS terrorçuları ilə döyüşən daha iki əsgərin öldürüldüyünü, bununla da İsrailin quru əməliyyatında ölənlərin sayının 46-ya yüksəldiyini bildirib”, - son məlumatda qeyd edilib.

İsrail hökumətinin son məlumatlarına görə, münqişənin alovlandığı gündən – oktyabrın 7-dən bəri ölkədə təxminən 1,2 min adam öldürülüb, bu rəqəmə mülki şəxslər, əsgərlər, xarici vətəndaşlar və işçilər daxildir, həmçinin 5 mindən çox adam yaralanıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək