Ukraynanın xarici işlər naziri Dmitro Kuleba "Bloomberg" nəşrinin Aİ-dən sursat tədarükündə gecikmə ilə bağlı məlumatı təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.
"Təəssüf ki, "Bloomberg" həqiqəti deyir. Suallar var və biz, deyək ki, zəngləri çox və yüksək səslə çalırıq", - XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, vədin yerinə yetirilməsi üçün əsl maneə müdafiə sənayesi və anbarların acınacaqlı vəziyyəti, bürokratiya və çoxlu sayda “uyğunsuzluq”dur.