Modern.az

Rusiya MN: Ukraynaya məxsus 4 PUA vurulub

Rusiya MN: Ukraynaya məxsus 4 PUA vurulub

Dünya

14 Noyabr 2023, 10:14

Rusiya Müdafiə Nazirliyi "Ukraynaya məxsus 4 PUA-nın vurulması" barədə məlumat yayıb.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Bryansk, Tambov və Moskva vilayətləri üzərində "Ukraynaya məxsus 4 PUA vurulduğunu" açıqlayıb.

 

Bundan əlavə, Rusiya dövlət qurumlarının məlumatına görə, Belqorod və Oryol vilayətlərinin qubernatorları səhər saatlarında onların regionları üzərində PUA-ların vurulduğunu bildiriblər.

 

Yerli istifadəçilər və teleqram kanalları gecə boyu partlayış və ya buna bənzər hər hansı bir hadisə barədə məlumat verməyiblər.

 

"Müharibə şəraitində BBC döyüşən tərəflərin bəyanatlarını dərhal yoxlaya bilmir", - deyə qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!