Modern.az

Ermənistanın Britaniyadakı səfriliyi yeni binaya köçdü - FOTOLAR

Ermənistanın Britaniyadakı səfriliyi yeni binaya köçdü - FOTOLAR

Dünya

14 Noyabr 2023, 10:44

Ermənistanın Böyük Britaniyadakı səfirliyinin yeni binasının rəsmi açılış mərasimi keçirilib.

Modern.az xəbər verir ki, tədbir Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Böyük Britaniyaya rəsmi səfəri çərçivəsində noyabrın 13-də baş tutub.

Açılış mərasimində Böyük Britaniya hökuməti adından dövlət biznes və ticarət naziri Timiti Minto iştirak edib.

“Bu səfirlik xalqlarımız arasında dostluq və əməkdaşlıq mayasıdır və bu bina təkcə hökumətlərimizi deyil, həm də iqtisadiyyatımızı, mədəniyyətimizi və xalqlarımızı birləşdirən körpüdür. Bu gün lenti kəsərək biz nəinki binanın açılışını elan edirik, həm də əlaqələrimizin dərinləşməsi üçün yeni təməl qoyuruq. Biz siyasi dialoqumuzun, iqtisadi və mədəni əlaqələrimizin dərinləşməsinə sadiq olduğumuzu təsdiq edirik”, - Mirzoyan bildirib.


Ermənistan səfirliyi Londonun tam mərkəzində yerləşən binada fəaliyyət göstərəcək.



 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək