"Müharibədə dönüş nöqtəsi gəlir. Gələn il həlledici olacaq".
Modern.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Vaşinqtondakı Hudzon İnstitutunda çıxış edən Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı “inkişaf etməkdədir” və Ukrayna qələbəni necə əldə edəcəyini bilir.
Yermak hərbçilərin Xerson vilayətinin sol sahilində möhkəmləndiyini də təsdiqləyib.
Onun sözlərinə görə, müharibənin indiki mərhələsində Kiyevin daha çox silaha, o cümlədən hava hücumundan müdafiə sistemlərinə, Rusiyaya və ona hərbi yardım göstərən ölkələrə qarşı sanksiyaların tətbiqinə ehtiyacı var.