Modern.az

İsrail ordusu Livanın hərbi obyektlərinə zərbələr endirib

İsrail ordusu Livanın hərbi obyektlərinə zərbələr endirib

Dünya

14 Noyabr 2023, 17:58

İsrail Müdafiə Ordusu Livan ərazisində hərbi obyektlərə yeni cavab zərbələri endirib.

 

Modern.az xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusunun mətbuat xidməti yayıb.

 

Bildirilib ki, noyabrın 14-də səhər saatlarında İsrailin şimalındakı Marqaliot, Ərəb əl-Aramşe, Yiftah, Şomera və Mattat bölgələrində Müdafiə Ordusunun mövqeləri tank əleyhinə raketlər və minaatanlardan atəşə tutulub.

 

Məlumata görə, İsrailin Müdafiə Ordusu öz növbəsində Livandakı hücumların başladığı yerləri hədəfə alaraq “Hizbullah” qruplaşmasının mövqelərinə də zərbələr endirib.

 

İnformasiyaya əsasən, İsrailə məxsus tank Livandan Yiftah yaşayış məntəqəsinə tank əleyhinə raketlər atmağa çalışan bir qrup silahlıya hücum edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək