Modern.az

İsrail ordusu Hizbullah hədəflərinə zərbələr endirdi

İsrail ordusu Hizbullah hədəflərinə zərbələr endirdi

Dünya

14 Noyabr 2023, 20:20

İsrail Müdafiə Qüvvələri Hizbullahın hücumlarına cavab olaraq təşkilatın Livanın cənubunda yerləşən hədəflərinə zərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

 

Məlumata görə, İsrail tanklarından biri Kibbutz İftaç bölgəsində hücum planlaşdıran tank əleyhinə raketlərlə silahlanmış silahlı qrupa atəş açıb.

 

Qeyd edək ki, bu gün səhər Hizbullah İsrail mövqelərinə zərbələr endirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...