"Noyabrın 10-da İrəvana gəldikdən sonra yaxınları itkin düşdüyünü bildirən qız artıq ailəsi ilə görüşüb və hədələrə görə geri qayıtmaq istəmədiyini bildirib".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan deyib.
"O, burada məişət zorakılığı qurbanlarına yardım göstərən təşkilat tapdığı üçün Ermənistana gəldiyini və hazırda Aştarakda yaşadığını söyləyib. Ermənistanda zorakılığa məruz qalmayıb. Polisə onun təhlükəsizliyini təmin etmək tapşırılıb", - Abramyan əlavə edib.
***
15.11.2023 / 13:52
Ermənistanda polis Rusiya vətəndaşını - məişət zorakılığına görə qaçan İnquşetiya sakinini saxlayıb.
Modern.az "Xolod"a istinadən xəbər verir ki, Fatimə Zurabova hüquq müdafiəçilərinə 15 yaşından döyüldüyünü deyib.
Kolleci bitirib işə düzəlməyə icazə verilib, lakin oktyabr ayında qardaşı qızın işdən çıxarılmasında israr etməyə başlayıb. Bundan sonra Zurabova qaçmaq qərarına gəlib.
Qız Mineralnıye Vodıya taksi sifariş edib və oradan Ermənistana uçub. Lakin onun əmisi Yusup Zurabov Ermənistana gələrək bacısı qızının axtarışı üçün ərizə verib.
Hazırda araşdırma aparılır.