Modern.az

“Instagram” onları qara siyahıya saldı

“Instagram” onları qara siyahıya saldı

Dünya

16 Noyabr 2023, 00:40

“Instagram” sosial şəbəkəsi Çeçenistan lideri Ramzan Kadırovun oğullarının səhifələrini və çoxlu sayda abunəçisi olan bir neçə başqa səhifəni bağlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev bildirib.

 

“Ötən gün müxtəlif internet platformalarında respublikamızın aparıcı istifadəçi hesabları bloklanıb”, - deyə o yazıb.

 

Onun sözlərinə.görə, Kadırovun oğulları Əhməd, Əli, Adəm və Hamzatın hesabları, həmçinin Ramzan Kadırov və onun atası, Çeçenistanın ilk prezidenti Axmat Kadırovun fəaliyyətindən bəhs edən səhifələr bloklanıb. 

 

Bundan əlavə, "YouTube" Çeçenistanın Qroznı şəhərinin dövlət teleradio şirkətinin üç kanalını bloklayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək