Modern.az

O, hələ də diktatordur - Bayden Çin liderindən DANIŞDI

O, hələ də diktatordur - Bayden Çin liderindən DANIŞDI

Dünya

16 Noyabr 2023, 09:12

ABŞ prezidenti Co Bayden Çin lideri Si Cinpini hələ də diktator hesab edir.

 

Modern.az xəbər verir ki, bu barədə o, Çin lideri ilə Amerikanın San-Fransisko şəhərində keçirilən sammit çərçivəsində baş tutan ikitərəfli görüşdən sonra bildirib.

 

“Qulaq as, o, həqiqətən diktatordur. O, hökuməti bizimkindən tamamilə fərqli olan kommunist ölkəsini idarə edən eyni adam olması mənasında diktatordur. Bunu inkar etmək və ya bununla mübahisə etmək sadəcə mümkün deyil”, - Bayden Si Cinpinlə görüşündən sonra deyib.

 

Çin tərəfi ABŞ prezidentinin bəyanatına münasibət bildirməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır