ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib ki, o, Ukraynadakı vəziyyət haqqında çox düşündüyü üçün tez-tez yata bilmir.
Modern.az xəbər verir ki, onun sözlərinə görə, yuxusuzluğuna "töhfə" Konqresin uzun müddətdir Ukraynaya maliyyə və hərbi yardım göstərmək üçün əlavə vəsaitin ayrılmasını təsdiq etməməsidir.
Bundan başqa, gecələr o, Ukraynanın enerji sistemini necə qorumaq barədə düşünür.
“Aydındır ki, mən daima Ukraynanı öz məqsədlərinə çatmaq səylərində dəstəkləmək barədə düşünürəm. Mən tez-tez uzanıram... və Ukraynanın enerji sistemini necə qorumaq haqda fikirləşirəm. Bütün bunlar mənim yuxusuzluğuma səbəb olur”, - deyə Sallivan bildirib.
ABŞ prezidentinin müşavirinin sözlərinə görə, İsraillə HƏMAS arasında hərbi münaqişə də onun yuxusuzluğuna təsir edir. O etiraf edib ki, HƏMAS döyüşçülərinin 2023-cü il oktyabrın 7-də İsrail yaşayış məntəqələrinə hücumu ABŞ hakimiyyəti üçün “böyük sürpriz” olub, ona görə də indi Vaşinqton Yaxın Şərqdə baş verənlərə “ciddi şəkildə diqqət yetirir”.