Çexiya Rusiya dövlətinin bütün aktivlərini dondurub.
Modern.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.
Hökumət Rusiya dövlətinə məxsus xaricdəki daşınmaz əmlakları idarə edən orqanı milli sanksiyalar siyahısına əlavə edib. Beləliklə, onun Çexiyadakı bütün aktivləri dondurulur və bu müəssisənin ölkədəki istənilən kommersiya fəaliyyəti, o cümlədən daşınmaz əmlakın icarəsi qanunsuz olur.
Ölkənin xarici işlər naziri Yan Lipavski dəqiqləşdirib ki, Çexiyada Rusiyaya məxsus daşınmaz əmlakın əksəriyyəti Praqa və Karlovı Varıda yerləşir. Bu əmlakı icarəyə götürən insanlar və şirkətlər ondan istifadə etməyə davam edə bilərlər, lakin icarə haqqı Rusiya səlahiyyətliləri üçün əlçatan olmayan hesaba daxil olacaq
Sanksiyalar Rusiya səfirliyinin daşınmaz əmlakına və Rusiya səfirinin iqamətgahına təsir etməyəcək.