Modern.az

Mirzoyan Leyenin müavini ilə görüşdü

Mirzoyan Leyenin müavini ilə görüşdü

Dünya

16 Noyabr 2023, 10:42

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Komissiyasının sədr müavini Marqaritis Şinas ilə görüşüb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüşdə tərəfdaşlıq gündəliyinə dair bir sıra məsələlər, Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi (Frontex) ilə cari və gələcək əməkdaşlıq müzakirə edilib.

 

Viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanmasının müsbət dinamikasını alqışlanıb, bu istiqamətdə yekun qərarın Ermənistan Respublikası ilə Aİ arasında əməkdaşlığın dərinləşməsinə uyğun olacağını və əlaqələrin inkişafında mühüm rol oynayacağı vurğulanıb.

 

Regional sabitlik məsələləri də müzakirə olunub, Ermənistan XİN rəhbəri regionda uzunmüddətli sülhün bərqərar olması ilə bağlı İrəvanın baxışını diqqətə çatdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək