İsrail hərbçiləri HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin iqamətgahına zərbə endiriblər.
Modern.az BBC-yə istinadən xəbər verir ki, Haniyənin Qəzza zolağından kənarda yerləşən iqamətgahı quru əməliyyatı çərçivəsində vurulub.
İsrail ordusu açıqlayıb ki, iqamətgah terror infrastrukturu və yüksək səviyyəli HƏMAS liderlərinin İsrail mülki əhalisinə və əsgərlərinə qarşı terror hücumlarını müzakirə etmək üçün görüş yeri kimi istifadə olunub. Zərbənin gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyi bildirilib.
Bundan əlavə, İsrail hərbçilərinin Şati düşərgəsinə (Qəzzanın qərbətrafı ərazisi) hücumu zamanı HƏMAS dəniz qüvvələrinin dalğıc avadanlığı, partlayıcı qurğular və silahlardan ibarət silah anbarı aşkar edilərək məhv edilib.
İsrail ordusu həmçinin yaraqlılara qarşı zərbələr endirdiyini və digər yerlərdə silahların, o cümlədən kamikadze jiletləri və tank əleyhinə raketlərin, rabitə vasitələrinin və kəşfiyyat sənədlərinin aşkar edildiyini bildirib.