Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın hərbi büdcəsinin artımından danışıb.
Modern.az xəbər verir ki, Paşinyan parlamentdə bu mövzuya toxunub.
O bildirib ki, gələn il müdafiə xərclərinin 2018-ci ilə nisbətən iki dəfə artacağı müharibəyə deyil, sülhə hazırlıq deməkdir.
"Vətəndaşların təhlükəsizliyi sülhün ən mühüm təminatıdır. Əminəm ki, qonşu ölkələr də başa düşürlər ki, İrəvan heç kimə hücum etmək fikrində deyil. İstənilən suveren dövlətin öz ordusunu gücləndirmək nəinki hüququ, həm də öhdəliyi var", - Paşinyan belə deyib.