Modern.az

Kameron XİN başçısı kimi ilk səfərini Kiyevə etdi - Zelenski ilə görüşdü

Kameron XİN başçısı kimi ilk səfərini Kiyevə etdi - Zelenski ilə görüşdü

Dünya

16 Noyabr 2023, 11:40

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Kemeron Ukraynaya səfər edib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, o, ölkə prezidenti Volodimir Zelenski ilə görüşüb.

 

"Gözəl görüş. Cəbhə üçün silahlar, hava hücumundan müdafiəni gücləndirmək, insanlarımızı və mühüm infrastrukturu qorumaq. Dəstəyinə görə Britaniyaya təşəkkür edirik!", - Zelenski bildirib.

 

Bu, nazirin yeni vəzifəsində ilk işgüzar səfəridir.

Sizə yeni x var
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı