Modern.az

Mirzoyan belçikalı həmkarı ilə görüşüb - FOTOLAR

Mirzoyan belçikalı həmkarı ilə görüşüb - FOTOLAR

Dünya

16 Noyabr 2023, 12:56

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsselə səfəri çərçivəsində Belçika XİN başçısı Hadja Lahbiblə görüşüb.

 

Modern.az xəbər verir ki, Lahbib bu barədə X-də paylaşım edib.

 

"Mən erməni həmkarım Ararat Mirzoyanla xalqlarımızı birləşdirən əlaqələri daha da möhkəmləndirmək məqsədi ilə görüşdüm. O, Ermənistan və Azərbaycan arasında sülh prosesinin vacibliyini vurğulayıb. Belçika davamlı sülhə nail olmaq üçün Aİ-nin səylərini dəstəkləyir", - deyə o qeyd edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır