Modern.az

Peskov Baydenin Çin sədrinə "diktator" deməsindən DANIŞDI

Peskov Baydenin Çin sədrinə

Dünya

16 Noyabr 2023, 13:36

"Rusiya Federasiyası Putin və Si Cinpin arasında hörmətli münasibəti yüksək qiymətləndirir və Kreml Baydenin Çin liderini “diktator” adlandırmasına münasibət bildirmir".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Putin noyabrın 16-da Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirəcək. Çexiya hakimiyyətinin anti-Rusiya mövqeyi tamamilə çaşdırıcıdır, Rusiya Federasiyası bunu qəti şəkildə rədd edir. Çexiyanın Rusiya Federasiyasında hansı mülkiyyətinə malik olduğu təhlil ediləcək. Kreml xarici dövlət mülkiyyətinə qarşı sanksiyaları qəbuledilməz hesab edir", - o belə söyləyib.

 

Sözçü Tacikistan prezidenti Emoməli Rahmonun gələn həftə Moskvaya səfər edəcəyini təsdiqləyib.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək