Modern.az

Erməni spiker KTMT-nin varlıq səbəbini sorğulayıb

Erməni spiker KTMT-nin varlıq səbəbini sorğulayıb

Dünya

16 Noyabr 2023, 14:36

"Ermənistan KTMT-dən çıxmaq barədə qərar qəbul etməyib".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

 

“Biz KTMT-dən çıxmaq barədə qərar qəbul etməmişik. Başqa bir məsələ KTMT-nin özünün necə mövqe tutmasıdır. Bu, üzvlərindən biri təhlükədə olanda hansısa tədbir görmək üçün yaradılmış strukturdur, elə deyilmi?", - deyə parlament sədri təşkilatın varlıq səbəbini sorğulayıb.

 

"Bu sual KTMT-yə üzv olan digər ölkələrə ünvanlanıb. Çünki yeri gəlmişkən, Ermənistan KTMT-yə sədrlik edən ölkə olanda KTMT təşkilata üzv olan ölkələrdən birində əməliyyat keçirib", - deyə o qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək