Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəhbəri Numan Kurtulmuş ölkənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri Özgür Özellə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə TBMM-nin rəsmi X səhifəsində paylaşım edilib.
Görüş CHP-nin parlament fraksiyasının ofisində gerçəkləşdirilib. Tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.