Modern.az

Samvel Şahramanyan dindiriləcək - Razılıq verdi

Samvel Şahramanyan dindiriləcək - Razılıq verdi

Dünya

16 Noyabr 2023, 16:36

Samvel Şahramanyan 44 günlük müharibənin hallarının araşdırılması üzrə müvəqqəti parlament komissiyasının rəhbəri Andranik Koçaryanın təklifini qəbul edib və ifadə verməyə razılaşıb.

 

Modern.az xəbər verir ki, bunu "Hraparak" qəzeti yazıb.

 

Qəzetin yazdığına görə, Şəhramyanyan əvvəllər Koçaryanın ona ünvanladığı nalayiq və bəzən təhqiramiz ifadələrə görə dəvəti qəbul etməmək qərarına gəlib.

 

44 günlük müharibə zamanı Şahramanyan Qarabağdakı ovaxtkı qondarma rejimin "hərbi-vətənpərvərlik təhsili, gənclər, idman və turizm naziri" vəzifəsində çalışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi