Modern.az

Kanada Oleq Boykonu sanksiya siyahısından çıxarıb

Kanada Oleq Boykonu sanksiya siyahısından çıxarıb

Dünya

16 Noyabr 2023, 17:52

Kanada hökuməti iş adamı Oleq Boykonu sanksiyaya məruz qalan şəxslər siyahısından çıxarıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Forbes"ə iş adamının mətbuat xidməti məlumat verib.

 

Dəyişikliklər Kanada XİN rəhbərinin tövsiyəsi əsasında edilib. Oleq Boyko 23 dekabr 2022-ci ildə sanksiyaların ləğvi ilə bağlı bəyanatla Kanada Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. İş adamının vəkilləri təkid ediblər ki, Oleq Boykonun Kanadada biznesi yoxdur, Rusiyanın hakimiyyət orqanları və dövlət qurumları ilə əlaqəsi yoxdur, həmçinin Rusiyanın siyasi proseslərində iştirak etmir.

 

Oleq Boykonun vəkili deyib: “Biz, şübhəsiz ki, siyasətlə əlaqəsi olmayan iş adamlarına qarşı sanksiyaların tədricən aradan qaldırılmasına şadıq. bu, ölkələrin bizneslə bağlı balanslı və ədalətli mövqeyindən xəbər verir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək