Rusiya Hərbi Hava Qüvvələrinin general-leytenantı Vladimir Sviridov və həyat yoldaşı evlərində ölü tapılıb.
Modern.az xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.
Onların dəm qazından öldüyü bildirilir. General və həyat yoldaşının cəsədləri Mineralni Vodı şəhərində aşkar edilib.
Cütlüyün bir həftə əvvəl öldüyü güman edilir.
Hərbçi 2002-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib və 2005-ci ildə 2009-cu ilə qədər 6-cı Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun komandiri vəzifəsini icra edib. O, general-leytenant rütbəsi ilə təqaüdə çıxıb.