Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev bu gün Zəngilanda keçirilən nəqliyyat nazirlərinin toplantısı barədə paylaşım edib.
Modern.az xəbər verir ki, o, toplantı zamanı çəkilən fotoları paylaşıb və yazıb:
"Bu gün TDT nəqliyyat nazirlərinin 7-ci iclası keçirilib. Nazirlərimiz arasında aparılan müzakirələr nəzərəçarpacaq nəticələr verdi və üzv dövlətlərimiz arasında əməkdaşlığın artmasına təkan oldu", - o qeyd edib.