Modern.az

Şimali Koreyada seçkilər davam edir

Şimali Koreyada seçkilər davam edir

Dünya

26 Noyabr 2023, 09:28

Koreya Xalq Demokratik Respublikasında (KXDR) yerli və regional səviyyələrdə xalq məclislərinə deputat seçkiləri başlayıb, ilk iki saat ərzində seçicilərin 47,8%-i səs verib.

 

Modern.az Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 05:00) açılıb və saat 12:00-a olan məlumata görə, seçicilərin 47,81 faizi səs verib.

 

Qeyd edək ki, Şimali Koreya daha əvvəl seçki qanununa dəyişiklik edərək parlamentə namizədlərin ilkin tədbirdə iki namizəd arasından seçilməsinə icazə verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək