Modern.az

Türkiyədə şəhərləri SU BASDI

Türkiyədə şəhərləri SU BASDI

Dünya

26 Noyabr 2023, 12:43

Qasırğalı küləklə müşayiət olunan leysan yağışları Türkiyənin cənub və cənub-qərbində yerləşən bir sıra əyalətlərdə ciddi fəsadlara səbəb olub.

 

Modern.az “TRT”yə istinadən xəbər verir ki, Antalya vilayətinin bir neçə şəhərində daşqın baş verib, lakin bu, yalnız turizm obyektlərindən uzaqda yerləşən yaşayış məntəqələrinə aiddir.

 

Eyni zamanda güclü yağışlar səbəbindən İzmirdə dəniz daşıb. Nəticədə şəhərdə yolları su basıb, çoxlu sayda iş yeri, mənzillər və mağazalar su altında qalıb.

 

Yaxın saatlarda Türkiyənin mərkəzi bölgələrində yağıntıların davam edəcəyi gözlənilir.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək