Modern.az

Yunanıstan sahillərində yük gəmisi BATDI

Yunanıstan sahillərində yük gəmisi BATDI

Dünya

26 Noyabr 2023, 17:27

Yunanıstanın Lesbos adasından 4,5 dəniz mili cənub-qərbdə 14 ekipaj üzvü olan yük gəmisi batıb.

 

Modern.az Afina Makedoniya Xəbər Agentliyinə istinadən xəbər verir ki, ərazidən keçən yük gəmiləri hadisə yerindədir. Axtarış-xilasetmə əməliyyatı aparmaq üçün hadisə yerinə Yunanıstanın 3 liman xidməti kateri, Hərbi Hava Qüvvələrinə məxsus bir helikopter və Hərbi Dəniz Qüvvələrinin bir freqatı cəlb edilib.

 

Duz daşıyan gəmi Misirdən İstanbula gedirmiş. Ekipajda iki Suriya vətəndaşı, dörd Hindistan vətəndaşı və səkkiz Misir vətəndaşı olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək