Modern.az

HƏMAS daha 14 nəfəri sərbəst buraxdı

HƏMAS daha 14 nəfəri sərbəst buraxdı

Dünya

26 Noyabr 2023, 20:11

HƏMAS girov saxladığı daha 14 israillini sərbəst buraxıb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

 

Qırmızı Xaç Cəmiyyətindən alınan məlumata görə, oktyabrın 7-dən Həmas hərəkatının əsirliyində saxlanılan 14 israilli girov və digər 3 əcnəbi yardımçılara təhvil verilib. Beləliklə, HƏMAS girovların üçüncü qrupunu azad edib.

 

Qeyd edək ki, bundan əvvəl HƏMAS ilk mərhələdə 13 İsrailli, 10 taylandlı və 1 filippinlini azad etmişdi.  13 İsrail və 4 Tayland vətəndaşından ibarət ikinci qrup noyabrın 26-na keçən gecə sərbəst buraxılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək