Modern.az

Qəzzada ölənlərin sayı 16 minə çatıb

Qəzzada ölənlərin sayı 16 minə çatıb

Dünya

27 Noyabr 2023, 17:48

Müharibə başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 16 minə çatıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Hadath" məlumat yayıb.

 

Məlumata görə, daha 35 min nəfər isə yaralı haldadır.

 

Qeyd edək ki, 7 oktyabrda başlayan Fələstin-İsrail toqquşması 4 günlük müvəqqəti atəşkəslə dayanıb. Lakin atəşkəs müddətinin bitməsindən sonra toqquşmaların davam edəcəyi təhlükəsi var. Hazırda atəşkəsin uzadılması üçün razılaşmalara cəhd olunur. İndiyədək hər iki tərəfdən minlərlə insan həyatını itirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək