Modern.az

BMT Qəzzada atəşkəsin uzadılmasına çağırır

BMT Qəzzada atəşkəsin uzadılmasına çağırır

Dünya

27 Noyabr 2023, 19:48

BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağında humanitar fasilənin uzadılması çağırışlarına qoşulub.

 

Modern.az xəbər verir ki, bu barədə Baş katibin sözçüsü bildirib.

 

“Razılaşmaya səbəb olan dialoq davam etməli və Qəzza xalqının, İsrailin və bütün regionun rifahı üçün tam humanitar atəşkəsə gətirib çıxarmalıdır”, - o qeyd edib.

 

Diqqətə çatdırılıb ki, BMT bu səyləri tam dəstəkləməyə davam edəcək.

 

BMT onu da bəyan edib ki, təşkilat son dörd gün ərzində Qəzzaya göndərilən humanitar yardımın həcmini artırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək