Modern.az

Yeni Qvineyada güclü ZƏLZƏLƏ

Yeni Qvineyada güclü ZƏLZƏLƏ

Dünya

28 Noyabr 2023, 07:52

Papua-Yeni Qvineya sahillərində 6,5 bal gücündə zəlzələ qeydə alınıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

 

Məlumata əsasən, yeraltı təkanların episentri Vevak şəhərindən 52 km şərqdə olub. Ocağı 29 km dərinlikdə yerləşib.

 

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı