Modern.az

İran parlamentinin erməni deputatı İrəvanla münasibətlərdən DANIŞDI

İran parlamentinin erməni deputatı İrəvanla münasibətlərdən DANIŞDI

Dünya

28 Noyabr 2023, 13:40

"Tehran anlamaq istəyir ki, İrəvan Ermənistan-İran münasibətlərinin gələcəyini necə görür".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu İran parlamentinin erməni əsilli deputatı Robert Beqlaryan deyib.

 

"İranda, xüsusən də “beyin mərkəzləri” arasında Qafqaza və Ermənistanla münasibətlərə böyük maraq var", - deyə o əlavə edib.

 

"Tehran xüsusilə İrəvanın regional təhlükəsizlik sahəsində öz rolunu və siyasətini necə qəbul etməsi ilə maraqlanır", - Beqlaryan söyləyib.

 

Deputat 44 günlük müharibədən sonra iki ölkə arasında münasibətlərdə keyfiyyət dəyişikliyini də qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?